Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
Əvvəlcə “Araz-Naxçıvan” “Qəbələ” ilə üz-üzə gəlib. Komandalar kubokda cəmi bir dəfə qarşılaşıblar. Ötən mövsüm baş tutan yeganə dueldə “Qəbələ” darmadağınla qalib gəlib - 5:0. “Araz-Naxçıvan” həmin məğlubiyyətin əvəzini bu mövsüm çempionatdakı matçlarda artıqlaması ilə çıxıb. Belə ki, Azər Bağırovun komandası Premyer Lİqanın birinci dövrəsində rəqibinə 2:0, son qarşılaşmada isə 4:1 hesabı ilə qalib gəlib. Bu gün baş tutan oyunda isə qalib müəyyənləşməyib.
1/4-in ilk oyunlarının sonuncusu isə Sumqayıtda baş tutub. "Gənclik şəhəri" təmsilçisi “Neftçi”ni sınağa çəkib. Ümumiyyətlə, prinsipial rəqiblər qarşıdakı 10 gün ərzində 3 dəfə üz-üzə gələcəklər. Hər iki komanda həm kubokda, həm də çempionatda mükafatlara iddiasını davam etdirmək əzmindədir.
Beş qolun qeydə alındığı bugünkü oyunda qonaqlar qələbəni bayram ediblər.
Qeyd edək ki, 1/4-in dünən keçirilən görüşlərində “Zirə” səfərdə “Səbail”ə (2:1), “Qarabağ” isə “Sabah”a (7:1) qalib gəlib.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
31 yanvar
“Araz-Naxçıvan” – “Qəbələ” 1:1
Qollar: Elvis Maşike, 45 - Samuel Tetteh, 11.
Qırmızı vərəqə: Lukas Afriko, 77.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
“Dalğa Arena”, 16:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sumqayıt” – “Neftçi” 2:3
Qollar: Elvin Bədəlov, 60. Kazimir Ninqa, 89 - Yeqor Boqomolski, 29. Emin Mahmudov, 44-pen; 45+1.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
“Kapital Bank Arena”, 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 10. Kamran Əliyev.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.