Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Sabah"ın öz meydanında "Qarabağ"a 1:7 hesabı ilə uduzması klub rəhbərliyinin radikal addım atmasına və Murad Musayevlə yolları ayırmasına səbəb oldu.
Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Yunis Hüseynovla əlaqə saxlayıb "Sabah"ın yeni məşqçi seçimi barəsində fikirlərini öyrəndik.
Hüseynovun Fanat.Az-a açıqlaması belə oldu :
"Klublarımız ilə avrokuboklarda ən yaxşı nəticələri yerli mütəxəssislər qazanıb. Yerli məşqçilər əcnəbi çalışdırıcılardan ad və soyadına görə fərqlənir. Məsələn, onların adı Sergeydisə, bizim adımız Yunisdir. Bu amilə görə onlara üstünlük verilir. Savad baxmından əcnəbi mütəxəssislərdən geri qalmırıq. Azərbaycanlı məşqçilər xarici çalışdırıcılardan savad cəhətdən həmişə üstün olub. Bunu mən Yunis Hüseynov olaraq tam əminliklə deyə bilərəm".
Nahid Məmmədov