"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycan təmsilçisinin rəhbərliyi ilə münasibətləri pozulduğu üçün klubu tərk etdiyi ilə bağlı yayılan informasiyalara reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, o, Rusiyanın "Çempionat" saytına açıqlamasında məlumatları təkzib edib:
"Klub rəhbərliyi ilə münasibətlərim əladır. Hətta ideal olduğunu da deyə bilərəm. Klubda keçirdiyim hər gündə onların dəstəyini hiss etmişəm. Ora gedərkən mənə verilən vədlərin hamısı yerinə yetirildi: klubun inkişafı, maliyyə öhdəlikləri. "Sabah" rəhbərliyi haqda çox danışa və yalnız müsbət sözlər deyə bilərəm".
Xatırladaq ki, Musayev "Sabah"la dünən vidalaşıb.
Nihat