Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, Monteneqro yığmasını çalışdıracaq.
Bu barədə Monteneqro Futbol Federasiyasının saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Hazırda "Qarabağ"da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro millisinin üzvləridir.
Xatırladaq ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.