"Neftçi" nin müdafiəçisi Mark Tamaş Misli Premyer Liqasının 21-ci turunda "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
26 yaşlı futbolçu 1:2 hesabı ilə uduzduqları matçın ardından fikirlərini Fanat.Az-a bölüşüb:
"Öz oyunumuzdan razı deyilik. Planlamışdırdığımız kimi oynaya bilmədik. Növbəti qarşılaşmada - kubok matçında onlardan daha yaxşı olduğumuzu göstərməliyik".
Xatırladaq ki, "Neftçi" 21 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Nahid Məmmədov