"Qarabağ" rəhbərliyi komandanın hücumçusu Juninyo ilə bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, braziliyalı forvard bir neçə xarici klubun diqqət mərkəzində olsa da, Ağdam təmsilçisi "sambaçı"nı satmaq niyyətində deyil.
"Köhlən atlar"ın hədəfi indiki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan ön xətt oyunçusu ilə müqavilə yeniləmək və gələcəyi sığortalamaq üçün anlaşmada yetərincə yüksək təzminat məbləğinin əksini tapmasına nail olmaqdır.
Xatırladaq ki, ötən ilin yayında Portuqaliya "Şaveş"indən tranfser edilən Juninyo "Qarabağ" forması ilə 34 rəsmi matça çıxıb. Bu qarşılaşmalarda 19 qol vuran 27 yaşlı ön xətt oyunçusu 4 məhsuldar ötürmə ilə yadda qalıb.