"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" qəzeti yayıb.
Xəbərə görə, mərakeşli yarımmüdafiəçi mövsümün sonuna qədər İstanbul klubunda qalacaq. Mənbə Ziyeşin yalnız yay transfer pəncərəsi dönəmində İstanbul təmsilçisini tərk edə biləcəyini vurğulayıb.
"Transfermarkt" sözügedən futbolçunun transfer qiymətini 12 milyon avro ilə qiymətləndirir.
Qeyd edək ki, Ziyeş cari mövsüm "Qalatasaray" forması ilə 14 rəsmi maçtda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov