“Bakı” klubunun yeni baş məşqçisi Milinko Pantiç klub prezidenti Hafiz Məmmədovun da qatıldığı mətbuat kofransında maraqlı açıqlamalarla yadda qaldı. Pantiç klubun hədəfləri, yaxın perspektiv və gələcək planlar barədə fikirlərini media nümayəndələri iləbölüşüdü.
“Bakıda olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Çünki böyük bir kluba gəldiyimi yaxşı bilirəm və bunun məsuliyyətini dərk edirəm.
Mənə bəslənən böyük ümidləri doğrultmaq üşün əlimdən gələni etməyə hazıram. ilk növbədə Hafiz Məmmədova təşəkkür edirəm. Düzünü deyim ki, bu arada bir çox adlı-sanlı klublardan təklif almışdım. Ancaq “Bakı”nı seçdim. Bunun da öz səbəbi var.
“Bakı” klubunun yeni baş məşqçisi Milinko Pantiç klub prezidenti Hafiz Məmmədovun da qatıldığı mətbuat kofransında maraqlı açıqlamalarla yadda qaldı. Pantiç klubun hədəfləri, yaxın perspektiv və gələcək planlar barədə fikirlərini media nümayəndələri ilə bölüşüdü.
“Bakıda olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir. Çünki böyük bir komandaya gəldiyimi yaxşı bilirəm və bunun məsuliyyətini dərk edirəm.
Mənə bəslənən böyük ümidləri doğrultmaq üşün əlimdən gələni etməyə hazıram. ilk növbədə Hafiz Məmmədova təşəkkür edirəm. Düzünü deyim ki, bu arada bir çox adlı-sanlı klublardan təklif almışdım. Ancaq “Bakı”nı seçdim. Bunun da öz səbəbi var.
İlk olaraq klubun hədəfləri və şərtləri ilə maraqlandım. Araşdırmalarım nəticəsində bu fikrə gəldim ki, Azərbaycan futboluunun böyük gələcəyi var. Ona görə də, məhz, "Bakı"dan gələn təklifi dəyərləndirdim. Qeyd etdiyim kimi, böyük ölkələri təmsil edən klublardan təkliflər var idi. Ancaq ciddi seçim edərək "Bakı"da çalışmaq arzusunda olduğumu bildirdim.
Buradakı fəaliyyətimi uzunmüddətli vadədə təsəvvür edirəm. Görüləcək çox işlər var. İlk olaraq klubun sistemini nizamlamaq lazım gələcək. Eyni zamanda çalışacağam ki, yerli futbolçuların inkişafına xüsusi diqqət yetirim.
Mənim tərcümeyi-halımda tanışsınızsa, görərsiniz ki, həyatım futbolla bağlıdır. Gənc yaşlarından bu sahədə fəaliyyət göstəririəm. Məşqçilik sahəsində də kifayət qədər təcrübə toplamışam. Həyat inkişafdır, təkcə bir faktı qeyd edim ki, mən baş məşçi işləyəndə Xosep Qvardiola hansısa üçüncü divizion klubunda məşqçilik edirdi.
Yeni klubumun şərtləri ilə bərabər özüm də qarşıma məqsəd qoymuşam. Zəhməti xoşlayan adamam və həmişə məqsədlərimə çatan insanam. Fəaliyyətimi rəqabət üzrəində qururam. Rəqabət inkişafa aparan ən yaxın yoldur.
"Bakı"nın yaxın gələcəyinə gəldikdə, hamının qarşısında klub prezidentinə söz veriəm ki, komandaya lazım olan nəticəni qazandıracam. Özünüz də şahidi olacaqsınız ki, klubumuz hərtərəfli inkişaf edəcək.Bu işdə böyük təcrübəmiz var, Bununla bərabər, klubumuzun prezidenti Hafiz Məmmədovun yaratdığı ideal şəraitdən tam çəkildə bəhrələnərək, qarşıya qoyulan vəzifələrin həllinə nail olacağıq.
İndi komandamız elə durumdadır ki, mənə tək məşqçi heyəti yox, futbolçular da kömək etməlidirlər. İlkin olaraq çalışacağam ki, kluba dəvət etdiyim yeni məşqçilər yerli şəraitə tez uyğunlaşsınlar.
Mən "Bakı"ya dağıtmağa yox, qurmağa gəlmişəm. İndi hər şey özümüzdən asılıdır. Əminəm ki, hər şey yaxşı olacaq".
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol