10:56 06.02.2024 626

“Qarabağ” rəqiblərindən bir qədər də uzaqlaşdı – Tura baxış

Misli Premyer Liqasının 21-ci turu maraqlı dövrə təsadüf etdi. Belə ki, bu ərəfədə ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşləri də keçirildi. Buna görə də komandalar həm güclərinə qənaət etməyə, həm də futbolçularını zədədən qorumağa çalışdılar. Ümumilikdə isə bu tur sürpriz nəticənin qeydə alınmadığını da demək mümkündür.

“Səbail” – “Qarabağ” 1:2 
Qollar:
Pedro Nuno, 68-pen. - Toral Bayramov, 14-pen. Yassin Benzia, 59-pen. 
Toral Bayramov 90+5-ci dəqiqədə penaltidən yararlana bilməyib. 
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 25. Nicat Məmmədzadə, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 7. Madi Queta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Bu komandaların ilk dövrədə keçirdiyi oyun xeyli maraqlı alınmışdı. Şahin Diniyevin çalışdırdığı komanda sürpirizə imza atmış, “Qarabağ”ı Bayıldan xalsız yola salmışdı. Amma indi həmin dövr deyil. Həm “Qarabağ” Premyer Liqaya ciddi yanaşır, həm də “Səbail” olan-qalan gücünü də itirməkdədir. Zədə səbəbindən sıradan çıxan futbolçular, eyni zamanda da bəzi aparacı üzvlərin əvvəlki formasından uzaq olması “dənizçilər”i taqətdən salıb. Üstəlik, yazının girişində qeyd etdiyim kimi, kubokda “Zirə” ilə gərgin qarşılaşmada itirilən güc də vacib amil idi.
Bütün bunları nəzərə alanda “Səbail”in “Qarabağ” qarşısında “ağ bayraq” qaldırmasında təəccüblü nəsə yoxdur. Amma bir məqam maraqlıdır ki, qarşılaşmadakı bütün qollar penaltidən vuruldu. Hələ son dəqiqələrdə Toral Bayramov oyundakı 4-cü penaltini boşa verdi. Ədalət naminə qeyd etmək lazımdır ki, Cavid Cəlilovun verdiyi bütün penalti qərararları doğru idi.
Səfərdə 2:1 hesablı qələbəyə sevinən lider “Qarabağ” mövqeyini bir qədər də möhkəmlətdi. “Köhlən atlar”ın xal ehtiyatı 50-dir. Qurban Qurbanovun komandası ən yaxın izləyicisini 16 xal qabaqlayır. 27 xallı “Səbail” artıq 7-ci pilləyə geriləyib.

“Sabah” – “Turan Tovuz” 1:1
Qollar:
Kahim Parris, 22 - Aleks Souza, 11.
“Sabah”: 1. Yusif İmanov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh
Məşqçi: Rəşad Eyyubov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 66. Ayxan Abbaszadə, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 9. Belajdi Pusi
Baş məşqçi: Ayxan Abbasov

Murad Musayevin gedişindən sonra baş məşqçisiz qalan “Sabah”ın “Turan Tovuz”la oyunda necə görünəcəyi maraqla gözlənilirdi. Protokolda Rəşad Eyyubovun adı qeyd olunsa da, Masazır təmsilçisini meydana İqor Ponomoryovun çıxardığı da məlum həqiqət idi. Amma bütün bu dəyişikliklər nə oyun keyfiyyətində, nə də nəticədə özünü göstərmədi. Qələbə qazana bilməyən “Sabah” hətta məğlub ola bilərdi. Qonaqlar artıq 11-ci dəqiqədə hesabı açdılar. Souza gözəl və qüvvətli zərbə ilə Yusif İmanovu məyus etdi. Bundan sonra “Sabah” bir qədər təzyiqi artırdı və cavab qolu vurmağı bacardı. Parrisin 22-ci dəqiqədə vurduğu qol oyunda sonuncu oldu. Tərəflər hərəyə bir qol vurub, 1 xalla da kifayətləndilər.
Hadisələrin sonrakı axarı, futbolçuların meydandakı davranışı ondan xəbər verirdi ki, bu 1 xal hər iki tərəfin ürəyincə oldu. “Səbail”lə “Araz Naxçıvan”ın məğlubiyyəti “Sabah”ın işinə yaradı. Masazır təmsilçisi qazandığı bir xal sayəsində 5-ci pilləyə qədər irəliləyə bildi. “Turan Tovuz” isə 26 xalla 8-cidir.

“Sumqayıt” – “Neftçi” 2:1
Qollar:
K.Ninqa, 8; 37 - F.Ozobiç, 90+7-pen.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

“Sumqayıt” təmirdən çıxan stadionun açılışı münasibəti ilə yaranan bayram ab-havasını korlamadı. Samir Abasovun yetirmələrini “Neftçi”yə qarşı necə motivasiya etməsi hamımıza məlumdur. Bu motivasiya da özünü son oyunlarda yaxşı tərəfdən göstərir. “Neftçiy”lə görüşdə 3 xal Abasov üçün elə vacib idi ki, öz diliylə kuboku qurban verməyə hazır olduqlarını da etiraf etmişdi. Kubokda “Neftçi”yə uduzan “Sumqayıt” bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxa bildi. Artıq 37-ci dəqiqəyə qədər Ninqa “dubl” müəllifi kimi adını yazdırdı. İlk qol isə daha erkən vurulmuşdu, 8-ci dəqiqədə “Neftçi” məğlub duruma düşmüşdü. “Ağ-qaralar”ın gücü cəmi bir qola çatdı ki, bu təsəlli qolu da son dəqiqələrdə penaltidən vuruldu.
Qazanılan 3 xal “Sumqayıt” üçün çox vacib oldu. “Gənclik şəhəri”nin təmsilçisi qələbə sayəsində 2-ci pilləni “Neftçi”dən “təhvil aldı”. 34 xallı “Sumqayıt” “Qarabağ”ın ən yaxın izləyicisidir. “Neftçi” isə 32 xalla 3-cü pillədə qərarlaşır.

“Qəbələ” – “Zirə” 1:1
Qollar:
Ülvi İsgəndərov, 14 - İlkin Muradov, 19.
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Fares Abu Akel, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.
“Zirə”: 97. Tiaqo Silva, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 5. Stefan Akka, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Qəbələdəki qarşılaşma hər iki komanda üçün vacib idi. Meydan sahibləri sonuncu pillədən qurtulmaq üçün bütün güclərini səfərbər ediblər. Təcrübəli futbol funksioneri Səbuhi Səfiyarlının da kluba qayıtması da bunun göstəricisidir. Klub rəhbərliyi elitanı tərk etməmək üçün Səfiyarlının bilik və bacarığından yararlanmağa çalışır. “Zirə” ilə oyun göstərdi ki, komanda da müəyyən dəyişikliklər baş verib. Nəzərə almaq lazımdır ki, rəqib də liderlər qrupundan qopmamağa çalışan “Zirə” idi.
Meydan sahibləri 14-cü dəqiqədə Ülvi İsgəndərovun fantastik qolu ilə hesabda önə keçdilər. Ülvinin qolu heç şübhəsiz ki, turun ən baxımlısı oldu. 5 dəqiqə sonra İlkin Muradov hesabı bərabərləşdirdi. Komandaların çoxsaylı cəhdlərinə baxmayaraq, oyunda başqa qol vurulmadı. Böyük ölcüdə 1 xal komandaların heç birinin ürəyincə olmadı. 15 xallı “Qəbələ” hələ də son pillədən qurtula bilmir. “Qol orucu”nu pozan “Zirə” 31 xalla 4-cü pillədədir.

“Kəpəz”– “Araz-Naxçıvan” 3:1 
Qollar:
Ehtiram Şahverdiyev, 19; 35. Amil Yunanov, 69 - Orxan Əliyev, 28
“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev (k), 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike
Baş məşqçi: Azər Bağırov

Turun son oyununda “Kəpəz” “Araz Naxçıvan”ı 3:1 hesabıyla məğlub etdi. Ehtiram Şahverdiyev bu görüşün qəhrəmanı oldu. O, 19 və 35-ci dəqiqələrdə vurduğu qollarla “Kəpəz”in qələbəsinə böyük töhvə verdi. Orxan Əliyev 28-ci dəqiqədə “Araz Naxçıvan”ın yeganə qoluna imza atdı. Amma bu qol nominal qonaqlar üçün zəif təsəllidən başqa bir işə yaramadı. Çünki Amil Yunanov 69-cu dəqiqədə naxçıvanlıların xala olan ümidlərini dəfn etməyi bacardı.
Artıq “Kəpəz” sonuncu pillədəki “Qəbələ”ni 5 xal qabaqlayır. Adil Şükürovun dirçəltməyə çalışdığı komandanın 20 xalı var. 27 xallı “Araz Naxçıvan” isə Premyer Liqanın 6-cısıdır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X