Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi "Rəvan"dan Elvin Həsənəliyevlə 1 illik müqavilə imzalayıb. Elvin "Sumqayıt"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Rəvan"ın heyətində 17 oyuna çıxan Elvin 727 dəqiqə meydanda olub. O, Bakı klubundan əvvəl "Kəpəz"də çıxış edib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol