Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Sabah" səfərdə "Qarabağ"la qarşılaşacaq. Masazır təmsilçisi Ağdam klubu ilə görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib :
"Komandada cəzalı yoxdur. Con İrasabal, Kristian Sebalyos və Nicat Mehbalıyev zədəlidir".
Qeyd edək ki, tərəflərin Masazırdakı dueli "köhlən atlar"ın 7:1 hesablı qələbəsi ilə başa çatıb. Bu gün reallaşacaq ikinci qarşılaşma 20:00 start götürəcək.
Nahid Məmmədov