"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel qapıçı Manuel Noyerin "Bayer Leverkuzen"lə qarşıdakı oyunda iştirak edə bilib-bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" alman çalışdırıcının dediklərini belə çatdırıb:
"Noyer bizimlə məşqə başlayıb. Ona bu gün saat 17.30-a qədər vaxt verəcəyik. Sonra onun, yoxsa Sven Ulrayxın oynayacağını görəcəyik”.
37 yaşlı qolkiper dizindəki problemlərə görə "Bayern"in son məşqlərində iştirak etməyib.
Bu mövsüm Noyer bütün yarışlarda 16 oyun keçirib, bu oyunda 15 qol buraxıb və 8 dəfə qapısını toxunulmaz saxlaya bilib.
Almaniya çempionatının 21-ci turunun "Bayer" - "Bayern" görüşü sabah, fevralın 10-da baş tutacaq.
Mirağa