Misli Premyer Liqasının 22-ci turunda "Sabah" səfərdə "Qarabağ"la qarşılaşacaq. Masazır təmsilçisi Ağdam klubu ilə görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı durumda olan Kristian Da Silva sabahkı oyunda iştiak etməyəcək. Zədə və xəstəlik səbəbindən matçı buraxmaq ehtimalı olanlar isə Davit Volkov, Ayaz Quliyev, Kristian Sebalyos və Namik Ələskərovdur".
Qeyd edək ki, sabah reallaşacaq qarşılaşma 19:00 start götürəcək.
Nahid Məmmədov