Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz" "Səbail"lə qarşılaşacaq. Gəncə təmsilçisi "dənizçilər"lə görüşə tam heyətlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "sarı-göylər"in sözçüsü Azad Mustafayev deyib:
"Nə zədəli, nə də cəzalı oyunçumuz var. İndiki duruma əsasən komanda tam heyətlə mübarizə aparacaq".
Qeyd edək ki, Gəncə təmsilçisinin müvəqqəti sığındığı Qəbələdə reallaşacaq qarşılaşma fevralın 12-də keçiriləcək. Oyun 15:00 start götürəcək.
Nahid Məmmədov