“Əl-İttihad”ın ulduz futbolçusu Kərim Benzema karyerasını İstanbul nəhəgində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sabah" yayıb.
Xəbərə görə, fransalı hücumçu "Qalatasaray"da çıxış etmək variantına isti yanaşır. Mənbə bildirir ki, klubun icraçı direktoru Erden Timur transferin tamamlanmasında şəxsən maraqlanır.
Benzema dekabrın sonunda klubunun üç məşqinə qatılmamışdı. Ardından 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Cari mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin forması ilə bütün yarışlarda 20 matça çıxan Əlcəzair əsilli fransalı 12 qol vurub və 1 məhsuldar ötürmə edib.
Nahid Məmmədov