“Bayern Münhen”in futbolçusu Matteys de Liqt Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu ərəfəsində “Latsio”nun hücumçusu Çiro İmmobile haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" müdafiəçinin dediklərini belə çatdırıb:
"İmmobile həmişə oyundankənar vəziyyətin astanasında olan çox təhlükəli hücumçudur. Çiro çoxlu qol vurub və vurmağa da davam edir. O, uzun müddət kənarda qala bilər, sonra isə gözlənilmədən ortaya çıxır və bir, ya iki qol vurur.
Onun komanda yoldaşlarını da gözdən qoymaq olmaz. Bundan əlavə, "Latsio"nu Sarri çalışdırır, onun rəhbərliyi altında mən böyük uğur əldə etmişəm".
Xatırladaq ki, “Latsio” – “Bayern” oyunu bu gün, fevralın 14-də keçiriləcək. Komandalar Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.