“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Danimarka “Kopenhagen”i ilə səfər oyununda (3:1) qalib gəlib.
Fanat.Az "MisterChip"-ə istinadən xəbər verir ki, bu matç "şəhərlilər"in çalışdırıcısı Pep Qvardiolanın baş məşqçi kimi 900-cü oyunu olub.
Onlardan 450-si İngiltərə nəhənginin başında, 161-i “Bayern Münhen”də, 247-si “Barselona”da, daha 42-si isə karyeralarının başlanğıcında “Barselona”nın əvəzedici komandasındadır.
Ümumilikdə Qvardiolanın komandaları 900 oyundan 655-də qalib gəlib, 138-də heç-heçə, 107-də uduzub.
“Mançester Siti”nin “Kopenhagen”lə cavab oyunu martın 6-da İngiltərədə keçiriləcək.
Pep Qvardiola MS-də baş məşqçi postunu 2016-cı ildən tutur.