Misli Premyer Liqasının 22-ci turunda Qəbələdə "Kəpəz"lə qarşılaşan "Səbail" 4:1 hesablı qələbə qazandı. "Dənizçilər"in hücumçusu Ayub Masikaya bir neçə sual ünvanlamağı uyğun saydıq.
Belçikalı futbolçunun Fanat.Az-a müsahibəsi belə alındı:
- Oyun haqda nə deyə bilərsən?
- Matç fantastik alındı. Bizə bu qələbə çox lazım idi. İnanıram ki, ardı gələcək.
- Bu il ilk qələbənizi qazandınız...
- Bəli, biz qələbəyə ac idik. Hamılıqla qələbəyə köklənmişdik. Fikrimcə, bu oyun və nəticə bizi relsə salacaq.
- İlk yarıda rəqib sizdən üstün görünürdü. Fasilədən sonra meydanda fərqli "Səbail" izlədik...
- Birinci yarı çox çətin alındı. İkinci hissədə isə belə desəm, komanda kimi özümüzü tapdıq. Toparlanaraq və daha təmkinli çıxış edərək qələbə qazandıq.
- Növbəti oyunu evdə "Araz-Naxçıvan"a qarşı keçirəcəksiniz. Necə düşünürsən, mövsümün sürpriz komandasını üstələyə biləcəksiniz?
- "Kəpəz"lə oyunun ikinci hissəsindəki kimi oynasaq, istəyimizə çatacağıq. Meydana ruh yüksəkliyi ilə çıxmalıyıq. Bunu edə bilsək, qələbələri sıralayarıq.
Nihat