"Bayern Münhen"in və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Ouen Harqrivz Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Leyptsiq" - "Real Madrid" matçı (0:1) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan tanınmış futbol veteranı Braim Diasın vurduğu qolu çox bəyəndiyini vurğulayıb:
"Dias Messi üslubunda fərqləndi. Mövsümün ən yaxşı qollarından birini izlədik. Dias işini inanılmaz şəkildə gördü. Həmin epizodda topu küncə göndərə bilmək soyuqqanlılığın bariz nümunəsidir. Ən yüksək səviyyənin nə demək olduğuna şahidlik etdik".
Xatırladaq ki, tərəflərin "Santyaqo Bernabeu"dakı cavab görüşü martın 6-da baş tutacaq.