PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la ilk oyununda (2:0) qol vurub.
Fanat.Az xəbər verir ki, fransalı ulduz turnirin tarixinə düşüb.
"Opta"-nın məlumatına görə, Mbappe turnir tarixində 10 ardıcıl ev oyununda ən azı bir qol vuran ilk oyunçu olub.
İspaniya təmsilçisinin qapısına vurduğu qol 25 yaşlı forvardın Çempionlar Liqasında 68 matçda 44-cü qolu olub. 26 yaşa qədər turnirdə yalnız Lionel Messi daha çox qol vurub - 59 qol.