Milan "İnter"inin futbolçuları Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bu gün "Atletiko Madrid"ə qarşı keçirəcəyi ev oyununa qara sarğılarla çıxacaqlar.
Fanat.Az xəbər verir ki, sözügedən komanda bu addımı sabiq futbolçusunun - 63 yaşında dünyasını dəyişən Andreas Bremenin ölümünə görə atacaq.
"İnter" - "Atletiko" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Qeyd edək ki, Breme "qara-göylər"in sıralarında İtaliya çempionu olub və UEFA Kubokunu qazanıb. Almaniya millisində 1984-cü ildə debüt edən Andreas ölkəsinin yığmasında 86 oyun keçirib.