Ötən il futbol atributarının satışından ən yüksək gəlir əldə edən klub bəlli olub.
Fanat.Az xəbər verir ki, bu, "Barselona"dır.
Maliyyə hesabatını açıqlayan UEFA Kataloniya təmsilçisinin klubun müxtəlif rəmzlərinin satışından digərlərindən daha çox - 179 milyon avro qazandığını bildirib. Bu göstəricidə ikinci yerdə "Barsa"nın əzəli rəqibi "Real Madrid" (155 milyon avro) qərarlaşıb.
İlk "10-luq" isə belədir:
1. "Barselona" - 179 milyon avro
2. "Real Madrid" - 155 milyon
3. "Bayern Münhen" - 147 milyon
4. "Liverpul" - 132 milyon
5. "Mançester Yunayted" - 130 milyon
6. PSJ - 97 milyon
7. "Arsenal" - 89 milyon
8. "Çelsi" - 87 milyon
9-10. "Yuventus" və "Tottenhem" - hərəyə 74 milyon