Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp "Qarabağ"ın Avropa Liqasındakı uğuruna biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, ingilis diplomat bu barədə "X" (Twitter) hesabından paylaşım edib.
Keçmiş səfir "Qarabağ" yazaraq smayliklərlə klubun uğurunu alqışlayıb. Qeyd edək ki, Şarp Portuqaliyadakı 4:2-lik qələbədən sonra da klubumuzu təbrik etmişdi.
“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib. Ağdam klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək (4:2, 2:3), buna nail olub.