Ötən gecə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində evdə "Braqa" ilə qarşılaşıb. Ümumi nəticəyə əsasən rəqibini məğlub edən Ağdam təmsilçisi (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlayıb.
"Köhlən atlar"ın sabiq futbolçusu və tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb matç barəsində fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Texniki baxmından bir çox şeyi qeyd etmək olar. Amma özümə rəva bilmirəm ki, belə uöuru şərh edim. Onu deyə bilərəm ki, qırmızı vərəqə matçın qırılma nöqtəsi oldu. Azlıqda qalmasaydıq, rahat bir şəkildə mərhələ adlayacaqdıq. Təkrara da baxanda hakimin qərəzli olmadığını görə bilirik. Referi oyunu böyük səhvlərlə idarə etmədi.
Möhtəşəm qələbə idi. Sonuncu qolun müəllifinin yerli və gənc futbolçu olması ikiqat sevdirir. Azərbaycan futbolu adına belə gənclərin yetişməsi fərəhli haldır".
Nahid Məmmədov