Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. İki oyunun nəticəsinə əsasən "Braqa" nı ( ilk oyun - 4:2, cavab oyunu - 2:3) məğlub edən "Qarabağ"ın da növbəti rəqibinin adına aydınlıq gələcək.
"Köhlən atlar"ın sabiq futbolçusu və tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb püşkdən öncə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" fərqli qrupların liderlərindən biri ilə rəqib olacaq. Komandamızın "Bayer Leverkuzen", "Liverpul" və digər İngiltərə klubları ilə qarşılaşmasını istəməzdim. "Slaviya", "Reyncers" və "Vilyareal" nisbətən uyğun olar. Fikrimcə, "Slaviya" və "Reyncers" daha münasibdir. Düşünürəm ki, biz onları adlaya bilərik".
Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Nahid Məmmədov