UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu raundda "Bayer Leverkuzen" (Almaniya) ilə üz-üzə gələcək.
"Köhlən atlar" ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.
1/8 final mərhələsinin cütlərini diqqətinizə çatdırırıq:
Avropa Liqası
1/8 final
"Sparta" (Çexiya) - "Liverpul" (İngiltərə)
"Olimpik Marsel" (Fransa) - "Vilyarreal" (İspaniya)
"Roma" (İtaliya) - "Brayton" (İngiltərə)
"Benfika" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
"Frayburq" (Almaniya) - "Vest Hem" (İngiltərə)
"Sportinq" (Portuqaliya) - "Atalanta" (İtaliya)
"Milan" (İtaliya) - "Slaviya" (Çexiya)
"Qarabağ" (Azərbaycan) - "Bayer Leverkuzen" (Almaniya)