Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, son olaraq "Rəvan"da çıxış etmiş Ceyhun Cavadov gənclik şəhəri təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Ceyhun "Sumqayıt"la icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ceyhun "Rəvan"ın heyətində 22 rəsmi oyuna çıxıb, 1305 dəqiqə oynayb və 1 qol vurub. Cavadov U-21 millimizin üzvüdü.
Fanat.az