"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler klubdakı gələcəyi ilə bağlı qərar verib.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 18 yaşlı türk növbəti mövsümə indiki iş yerində başlamaqda qərarlıdır.
Xəbərə görə, Ardanın icarə əsasında Avropa klublarından birinin formasını geyinmək ehtimalı qüvvədə qalsa da, "Kral klubu" onu satmaq niyyətindən uzaqdır.
Qeyd edək ki, Arda "Real"a ötən ilin yayında, 20 milyon avro qarşılığında "Fənərbağça"dan transfer olunub. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.