Misli Premyer Liqasının 24-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri sabah - oyun günü saat 11:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Fanat.Az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər iticket.az-da onlayn, həmçinin Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.