"Sumqayıt"dan ayrlına Adil İbrahimov karyerasını Rusiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki rusiyalı müdafiəçinin "Ximki"yə keçmək ehtimalının olduğu deyilir.
Rusiya mətbuatının məlumatına görə, İbrahimov Serjinsk klubu ilə danışıqlar aparır. Onun yeni klubu ilə bir illik müqavilə imzalaması gözlənilir.
Adil özü də karyerasını Rusiyada davam etdirəcəyini bildirib: "Sumqayıt"la müqaviləm başa çatdı. Rusiyaya qayıtmaq istəyirəm. Bir neçə il ölkəmdə oynamaq pis olmaz. "Ximki" ilə müqavilə imzalamamışam. Amma yaxın gələcəkdə bu baş verə bilər.
Qeyd edək ki, Adil 2009-2010-cu illərdə "Ximki"də çıxış edib - 36 oyun, 2 qol. 2011-2013-cü illərdə "Fakel"ə məxsus olan (17 oyun) 2012-ci ildə Latviyanın "Skonto" klubuna icarəyə verilib (16 oyun). Ötən yay ölkəmizə gələn İbrahimov 33 oyunda 2654 dəqiqə oynayıb.
Fanat.az