Misli Premyer Liqasının XIV turu sensasiyasız ötüşdü. Həlledici qarşılaşmada “Kəpəz”ə məğlub olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin istefa verməsi isə turun ən diqqətçəkən olayı oldu. Qeyd edək ki, məhz bu turda “Zirə”nin 10 oyunluq qələbəsiz seriyası başa çatdı, qəsəbə təmsilçisi “Araz Naxçıvan”ın qapısına üç cavabsız top vurdu.
“Kəpəz” – “Qəbələ” 2:1
Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66-pen - Osama Xalayla, 44.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 18. Mehrac Baxşalı, 30. Şahin Şahniyarov, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
Qəbələdə keçirilən qarşılaşmada “Qəbələ” nominal meydan sahibi qismində çıxış edirdi. Bu tura qədər “qırmızı-qaralar” “Kəpəz”dən beş xal geridə qalırdı. Qələbə halında bu fərq ikiyə enəcəkdi ki, bundan sonra sonuncu pillədən qurtulmaq elə də mümkünsüz görünməyəcəkdi. Amma “Qəbələ” bunu bacarmadı. Bəlkə də bacaracaqdı, əgər, hakimlərin şübhəli qərarları olmasaydı. Görüşün baş hakimi Rəvan Həmzəzadə və VAR hakimi Elçin Məsiyevin konkret iki epizoddakı qərarları həm “Qəbələ” tərəfini, həm də idman mətbuatını narazı saldı. Həmin epizodlarda top “Kəpəz”in futbolçuları cərimə meydançası daxilində əllə oynasa da, hakimlər penalti olmadığını düşündü.
Oyunda vurulan qollara gəlincə, hesabı Papunaşvili 19-cu dəqiqədə açdı. Bu qolun cavabı fasilə ərəfəsində Xalayladan gəldi və komandalar dincəlməyə 1:1 hesabıyla yollandılar. 66-cı dəqiqədə “Qəbələ”nin qapısına penalti təyin olundu. Amil Yunanovun zərbəsinin istiqamətini düzgün müəyyənləşdirən qapıçı Atanqana topa toxunsa da, onun qapıdan keçməsinə əngəl ola bilmədi. Beləliklə vacib qarşılaşmada “Kəpəz” 2:1 hesablı qələbəyə sevindi. Qələbə sayəsində Gəncə komandası əsas rəqibindən 8 xal uzaqlaşdı. 23 xalı olan “sarı-göylər” 9-cudur. 15 xallı “Qəbələ” isə sonuncu pillədən qurtula bilmir.
“Turan Tovuz” – “Neftçi” 1:1
Qollar: Fərid Nəbiyev, 88 - Yeqor Boqomolski, 72.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular:1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev. 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç
“Neftçi” Tovuz səfərində büdrədi. Halbuki, “Sumqayıt”ın “Qarabağ”la qarşılaşdığı turda qələbə “ağ-qaralar”a hava-su kimi vacib idi. “Neftçi” Tovuzdan 3 xalla dönə bilsəydi, 2-ci pilləni də ələ keçirəcəkdi. Amma bunu həyata keçirmək mümkün olmadı. İlk yarısı qolsuz keçən qarşılaşmanın ikinci hissəsində qapılara iki qol vuruldu. Əvvəlcə “Neftçi” hesabı açdı. Boqomolski 72-ci dəqiqədə “Neftçi” azarkeşlərini sevindirdi. Qələbə hesabını qorumaq üçün qonaqlara dəqiqələr çatmadı. Fərid Nəbiyev görüşün 88-ci dəqiqəsində hesabı bərabərləşdirdi. Bundan sonra tərəflərdən heç biri fərqlənə bilmədi ki, belədə bərabərlik görüşün ədalətli nəticəsi sayılmalıdır.
24 turdan sonra “Neftçi”nin aktivində 36 xal var və komanda 3-cü pillədə yer alır. 31 xalı olan üç komandadan biri “Turan Tovuz” isə turu 6-cı sırada başa vurdu.
“Səbail” – “Sabah” 2:0
Qollar: Aleksandr Ramalinqom, 52. Samir Abdullayev, 90+2.
“Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 7. Madi Queta, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Sabah”: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulax Xaybulayev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 27. Jarl Marqarita
Məşqçi: Ruslan Qafitullin
Aleksandr Ramalinqom vurduğu qollarla “Səbail”i sevindirməyə davam edir. Hücumçu bu tur “Sabah”ın qapısına yol tapdı. Bununla da “Sabah”ın dirçəlməsinə bəslənən ümidlər yenidən azaldı. Demək ki, komandanın yeganə problemi baş məşqçidə deyilmiş. Son turlar məhsuldarlıq göstərən “Sabah” “ASCO Arena”da qola həsrət qaldı. Əvəzində meydan sahibləri iki dəfə fərqlənməklə vacib qələbə qazandılar. Ramalinqom 52-ci dəqiqədə hesabı açdı və bu üstünlüyü Samir Abdullayev əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə daha da artırdı. İki cavabsız qol “Səbail”in 3 xalı bayram etməsinə yetərli oldu.
Xalına 34-ə yüksəldən “Səbail” 5-ci pillədəki yerini bir qədər möhkəmləndirdi. Cəmi 31 xalı olan “Sabah” isə 7-ci pillədə olmağın məyusluğunu yaşayır.
“Araz-Naxçıvan” – “Zirə” 0:3
Qollar: Vanderson Melo, 20-öz qapısına. Rəhim Sadıxov, 74, Rafael Utziq, 77.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 3. Turan Manafov, 22. Elçin Mustafayev, 19. Aksel Nqando, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 9. Elvis Maşike, 8. İsmail Azzaui
Baş məşqçi: Azər Bağırov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Zirə”nin 10 oyunluq qələbə həsrəti Mərdəkanda bitdi. Bəli, Premyer Liqada Mərdəkan təmsilçisi olmasa da, “Araz Naxçıvan” oranı özünə doğma bilir və ilk turlardan rəqiblərini orda qəbul edir. “Zirə”nin Mərdəkana bu dəfəki səfəri xeyli uğurlu və məhsuldar alındı. Artıq 19-cu dəqiqədə Qismət Alıyevin cərimə zərbəsindən havalandırdığı topu Melo öz qapısına göndərdi. Naxçıvan təmsilçisinin çoxsaylı cəhdləri fayda verməyincə “Zirə” daha iki qol vuraraq böyükhesablı qələbəyə sevindi. Əvvəlcə Rəhim Sadıxov Məqsəd İsayevin ağıllı ötürməsini tora qovuşdurdu. Utziq isə oyunda son nöqtəni qoymaqla “Zirə”nin 3:0 hesablı qələbəsini rəsmiləşdirmiş oldu.
Qeyd edək ki, bu oyunun da hakimliyi xeyli aşağı səviyyədə idi. Xüsusən də Rauf Allahverdiyevin köməkçiləri ilə anlaşmaqda çətinlik çəkdiyi aşkar hiss olunurdu. Ümumilikdə isə hakimlərin pis idarəçiliyinin nəticəyə təsir etmədiyini də deməliyik.
“Zirə” 10 turdan sonra gələn qələbədən sonra xalını 35-ə çatdırıb, “Səbail”i yenidən qabaqladı. Qəsəbə təmsilçisi 4-cü sıradadır. “Araz Naxçıvan” isə xeyli geriləyib. Komandanın aktivində 31 xal var və bu xallar ancaq 8-ci olmağa yetir.
“Qarabağ” – “Sumqayıt” 2:0
Qollar: Adama Diakabi, 52. Yassin Benzya, 83.
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 9. Erik Sorqa.
Baş məşqçi: Samir Abasov
“Qarabağ” Avropada olduğu kimi, yerli çempionatda da uğurlu çıxışını davam etdirir. Qurban Qurbanovun komandası “Braqa”nın ardından “Sumqayıt”ı üzdü. Özü də bu qarşılaşmada Qurbanov əsas heyət üzvlərinə istirahət vermiş, ehtiyat qüvvədən yararlanmışdı. Bununla belə 3 xalı qazanmaq “Qarabağ” üçün çətin olmadı. Düzdür, “Sumqayıt” ilk yarıda qapısını toxunulmaz saxlamağı bacardı, amma Samir Abasovun yetirmələrinin bundan artığına gücü çatmadı. İlk qolu Diakabi 52-ci dəqiqədə “Sumqayıt”ın qapısına vurdu. Benzya isə 83-cü dəqiqədə “Qarabağ”ın üstünlüyünü artırdı.
Digərlərindən bir oyun az keçirən “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı 18 xal qabaqlayır. “Qarabağ” 54 xalla birinci, “Sumqayıt” isə 36 xalla ikinci pillədə qərarlaşıb.
Amal Abuşov