Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ"ın qonağı olan "Sumqayıt" 0:2 hesabı ilə uduzub.
"Gənclik şəhəri" təmsilçisinin yapon legioneri Masaki Murata güclü rəqiblə matç barədə Fanat.Az-a açıqlama verib:
"Gördüyünüz kimi, çətin oyun oldu. Rəqib çox yaxşı oynadı. İlk hissə 0:0 hesabı ilə başa çatdı. İkinci hissədə yüksək pressinq tətbiq etdik. Məncə, biz bundan daha yaxşı oynaya bilərik".
Qeyd edək ki, hazırda 54 xalı olan "Qarabağ" turnir cədvəlinin zirvəsində mövqe tutubsa, 36 xala malik "Sumqayıt" ikinci pillədə qərarlaşıb.
Nahid Ustaclı