Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, "Kuban"ın yetirməsi olan, son olaraq Armavir "Torpedo"sunda çıxış edən Təvəkkül Sahib oğlu Məmmədovla 2 illik müqavilə imzalanıb.
1992-ci ildə anadan olmuş Təvəkkül cinah yarımmüdafiəçisidi. O, son mövsüm "Torpedo"nun heyətində 27 oyuna çıxıb, 1483 dəqiqə oynayıb və 4 qol vurub.
Qeyd edək ki, bu "Sumqayıt"ın 8ci transferi olub. Belə ki, gənclik şəhəri təmsilçisi bundan əvvəl Ruslan Poladovu, Ramazan Abbasovu, Aqil Nəbiyevi, Tagim Novruzovu, Tərzin Cahangirovu, Elvin Həsənəliyevi və Ceyhun Cavadovu heyətində qatmışdı.
Fanat.az