"Çox uzun yol qət etmişik. Uçuş çox uzun idi. Lakin artıq biz Bakıdayıq. Burada baş tutacaq oyuna hazırıq. Fikrimcə, hər şey yaxşıdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Mariehamn" klubunun hücumçusu Dever Orgil deyib.
Orgil Bakıya məğlub olmaq üçün gəlmədiklərini bildirib: "Düşünürəm ki, komandamız döyüşə hazırdır. Biz Bakıya məğlubiyyət üçün gəlməmişik. Meydanda yaxşı mübarizə aparıb nəticə əldə etmək niyyətindəyik. Nəticənin bizim üçün pozitiv olacağına inanıram. Burada məğlub olmaq istəməzdik. Qələbə isə bizim üçün əla nəticə kimi qəbul olunacaq".
Qeyd edək ki, "İnter" - "Mariehamn" matçı sabah, saat 21:00-da başlayacaq.
İdman24.az