Türkiyə Super Liqasında məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Pendikspor" baş məşqçisi İvu Vieyra ilə yollarını ayırıb.
Bu barədə yerli "Sabah" nəşri məlumat yayıb.
48 yaşlı portuqaliyalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, "Pendikspor" 27 turdan sonra 26 xalla 19-cu pillədə qərarlaşıb. İvu Vieyra ötən ilin oktyabrından sözügedən komandaya başçılıq edirdi.