Yay fasiləsində 8 futbolçunu heyətinə qatan "Sumqayıt" hücumçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Pərdis Fərcad-Azad yeni mövsümdən Sumqayıt klubunun şərəfini qorumayacaq.
Buna millimizin üzvünün "kimyaçılar"la başa çatan müqaviləsinin müddətini artırmaq istəməməsi səbəb olub. Məlumata görə, Pərdis karyerasını İran çempionatında davam etdirə bilər. Hücumçu ilə 8 dəfə İran çempionu olmuş "İstiqlal" komandası danışıqlar aparır.
Məlumata görə, Pərdis Tehran şəhərinin təmsilçisinə keçəcəyi təqdirdə ilinə 250 min dollar qazanacaq. Futbolçunun ailəsi də Tehranda yaşadığı üçün yığmamızın üzvü "İstiqlal"a keçməkdə çox maraqlıdı. Yaxın günlərdə tərəflər arasında münasibətlərin rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Pərdis Fərcad-Azad son mövsümdə 24 oyunda 1874 dəqiqə meydanda olub. O, ötən mövsüm vurduğu 6 qolla "Sumqayıt"ın ən sərrast futbolçusu adını qazanmışdı.
futbolinfo.az