Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella "Real Madrid"in futbolçusu Arda Güler haqda maraqlı açıqlama söyləyib.
Fanat.Az xəbər verir ki, "Fanatik" təcrübəli mütəxəssisin fikirlərini belə çatdırıb:
"Arda Gülerlə görüşdüm. Çox az oynayır. Ümid edirəm ki, bundan sonra daha çox forma şansı qazanar. Çünki o, çox istedadlıdır. Ardanı çox diqqətlə izləyirik. Kimin fiziki hazırlığı yaxşıdırsa, bəzi matçlarda iştirak edibsə, onu heyətə dəvət edə biləcəyik".
Qeyd edək ki, Arda "Real"a ötən ilin yayında, 20 milyon avro qarşılığında "Fənərbağça"dan transfer olunub. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Nahid Ustaclı