14:25 28.02.2024 3565

Qurban Qurbanov "Anadolu" agentliyinə müsahibə verib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" dövlət agentliyinə müsahibə verib.

Fanat.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis əvvəlcə "Qarabağ"ın gəlişindən danışıb.

O qeyd edib ki, komandanı qəbul edərkən "Qarabağ" klubunun sahibi Abdolbari Gozal ona "Mən Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm" sözlərini, bunun onda böyük motivasiya yaratdığını söyləyib: "Faəliyyətimizə bu motivasiya ilə başladıq. İlk ilimdə çempion ola bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA-da pley-off-a qədər gələ bildik (Avropa Liqasının təsnifat mərhələsinin pley-off-u - red.). Bu, həmin dövr üçün böyük uğur idi".

Q.Qurbanov daha sonra deyib: "Qarabağ" adı azərbaycanlılar üçün böyük önəm daşıyır. Bu adı yaşatmaq üçün klub rəhbərliyi ilə yaxşı işlər həyata keçirdik. Çox şükür ki, onun nəticələrini indi görürük. Məsuliyyətlə və ürəkdən çalışırıq".

Təcrübəli məşqçi komandanın legionerlərinə də Qarabağ adının önəmini anlatdıqlarını deyib: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır. İkinci Qarabağ müharibəsindən sonra əcnəbi futbolçularımız bu adın önəmini daha yaxşı başa düşdü".

Q.Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə Xankəndidə keçirilən oyuna da toxunub: "Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qarşılaşmanı izlədi.  Şəhid övladları da oradaydı. Unudulmaz gün oldu".

O, Xankəndidəki oyunun işğaldan azad olunan bölgələrdə keçiriləcək matçların başlanğıcı olduğunu söyləyib: "Ağdamda stadion tikiləcək. Komandamız da yekunda ora dönəcək".

Q.Qurbanov "Qarabağ" komandasına Türkiyədən də böyük maraq olduğunu bildirib: "Mən bir azərbaycanlı, türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq - həm sevincli, həm də kədərli günlərimizdə. Türk xalqına böyük hörmətim və inamım var. Bizi öz komandaları olaraq görürlər. Səfər oyunlarımızda çoxlu sayda türk azarkeş bizi dəstəkləyir".

Ağdam klubunun baş məşqçisi Avropa Liqasının 1/8 finalında Almaniya təmsilçisi "Bayer"lə keçirəcəkləri oyuna da toxunub: "Güclü rəqiblə qarşılaşacağıq. "Bayer"i tanıyırıq. Qrup oyunlarında üz-üzə gəldik, hər iki oyunda da uduzduq. Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsinin bizdə futbolun sevilməsinə böyük faydası dəyəcək. Güclü rəqib olsa da, biz məmnunuq. Yenə böyuk komandaya qarşı oynayacağıq. Futbolçularımız o böyük futbolu, sürəti və dinamizmi hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaqlar. Uduza bilərik. Amma meydanı mübarizə aparmadan tərk etmərik". 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X