02:58 04.03.2024 852

“Bayer” indi daha güclü olub” - Bəhlul Mustafazadə

Misli Premyer Liqasının 25-ci turunun mərkəzi oyununda "Neftçi" evdə "Qarabağ"la üz-üzə gəlib. Ağdam təmsilçisinin 4:1 hesablı inamlı qələbəsinin ardından "köhlən atlar"ın müdafiəçisi Bəhlul Mustafazədə jurnalistlərə müsahibə verib.

Gənc oyunçu Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırıb.

- Oyun haqda təəssüratlarınız necədir?
- Düşünürəm ki, bütün azarkeşlər üçün maraqlı oyun oldu. Hesab onların da xeyirinə bitə bilərdi, amma biz daha diqqətli olduq və vacib oyundan qabaq qələbə qazandıq. Gərginlik var idi. Onlar da ikinci qolu vurub hesabı bərabərləşdirə bilərdilər. Rəqibi əks hücumlarda tutduq. Bununla da üçüncü və dördüncü qolu vurduq. Bərabər səviyyəli oyun keçdi, lakin biz əlimizə düşən fürsətləri daha yaxşı dəyərləndirdik.

- "Neftçi" üzərindəki qələbə Avropa Liqasının 1/8 final mərhələsində "Bayer"lə oyunlara necə təsir edəcək?
- "Bayer"lə görüşdən öncə belə bir oyuna çıxmaq çox önəmli idi. Yaxşı mübarizə apardıq, amma bəzi səhvlərimiz var idi. Onları analiz edib "Bayer"lə oyundan əvvəl düzəliş etməyə çalışacağıq. 

- Turnir cədvəlinə böyük fərqlə liderlik edirsiz. Növbəti oyunlara necə motivasiya tapacaqsınız?
- Onu Qurban müəllim daha yaxşı bilir. O, bizə daha yaxşı motivasiya verə bilir. Heç bir şeydən asılı olmayaraq, bütün oyunlara daha diqqətli, daha yaxşı çıxmağımızı və öz idman formamızı qorumağı tapşırır. Bundan sonra da motivasiya tapacağıq.

- Püşkdən sonra "Bayer Leverkuzen"i analiz edə bildiz?
- Fərdi olaraq bütün oyunçular imkan tapdıqda izləyirlər. Ümumiyyətlə, onlar bizə məlumdurlar. Bu oyundan sonra hazırlıq mərhələsində daha yaxından tanış olacağıq. Məşqçilər rəqib haqda daha çox məlumat verəcəklər.

- "Bayer"in hazırkı durumu məlumdur. Sizcə, hazırda Almaniya təmsilçisi qrupda olduğundan daha güclü təəssürat bağışlayırmı? 
- Düşünürəm ki, daha yaxşı olublar. Biz də daha çox inkişaf etmişik. Bizi daha maraqlı və daha gərgin oyun gözləyir.

Nahid Ustaclı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 İyun 2025
11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

11:03

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

10:44

Xilaskar məşqçi qovuldu - "Bu, ayıbdır"

10:25

"Qarabağ"la "Zirə" sınaq matçında qarşılaşırlar

10:06

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

Kristensen "Barsa"dan getmək istəmir

09:23

Klublararası dünya çempionatı: "İnter" braziliyalılarla, "Mançester Siti" ərəblərlə qarşılaşır

09:00

"Messi komanda yoldaşlarıyla yox, heykəllərlə oynayır" - Zlatan İbrahimoviç

02:07

"Bayern Münhen" inamlı qələbə ilə PSJ-yə rəqib oldu

29 İyun 2025
23:42

"İmişli" daha 6 futbolçusu ilə vidalaşdı

23:21

Dembele 4:0-dan sonra Messiyə müraciət etdi - FOTO

22:55

Mahir qol vurdu, "Kayzerslautern" rəqibinə rəhm etmədi

22:03

"Sabah"dan ilk sınaq matçında məhsuldar heç-heçə

21:53

PSJ Messili "İnter Mayami"ni darmadağın edib 1/4 finala yüksəldi

21:26

Azərbaycan karateçiləri Xorvatiyada iki "bürünc" qazandılar

20:55

Azərbaycan güləşçiləri Türkiyədəki turniri 8 medalla başa vurdular

20:28

"Qarabağ" yeni formalarını Şuşada təqdim etdi - FOTO

19:54

"Formula 1" üzrə Avstriya Qran-prisinin qalibi bilindi

19:25

"Neftçi"yə Samir müəllimin istəyi ilə gəlmişəm" - Elvin Bədəlov

18:57

İngiltərə nəhəngi Ekitikeni alır - SON DURUM

18:20

Topuriya UFC çempionu oldu

17:37

Azərbaycan yığmaları EEVZA çempionatındakı çıxışlarını başa vurdular

17:19

Maykl Cordan şəxsi yaxtası ilə Xorvatiya sahillərində - FOTO

16:53

"Kəpəz" iki legioneri ilə müqavilə yenilədi

16:26

Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

15:47

Kazemiro gələcəyi ilə bağlı qərarını qətiləşdirdi

14:56

"Sabah" Avstriyada ilk sınaq matçına çıxır

14:13

"Kəpəz" Tural ilə də vidalaşdı - RƏSMİ

13:38

"Karvan" daha bir futbolçusu ilə əməkdaşlığa son qoydu -RƏSMİ

13:06

"Turan Tovuz" Türkiyəyə bu tarixdə yollanacaq

12:40

Siyasət Əsgərov 0:3-ü şərh etdi

12:23

"Çelsi" Bayno-Gittens üçün "Borussiya"ya nə qədər ödəyəcək?

11:46

"Demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm" - Yürgen Klopp

11:17

"Liverpul"un vingeri AÇ-nin ən yaxşı oyunçusu elan edildi

10:39

Klublararası DÇ: PSJ "İnter Mayami"yə, "Flamenqo" "Bayern Münhen"ə qarşı

09:50

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X