"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros karyerasını Çində davam etdiriəcək.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu "Şenzen Penq Siti" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. O, "Anderlext", "Feyenoord", "Herakles", "Benevento" kimi klublarda da oynayıb.