UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan "Bayer Leverkuzen"in sol cinah müdafiəçisi Alexandro Qrimaldo kumirinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Həmişə Marselonu bəyənmişəm. Sol cinah müdafiəçisi mövqeyində oynamağa başlayandan onun "Real"dakı çıxışını diqqətlə izləmişəm. Mənim üçün Marselo sol cinah müdafiəçisi mövqeyində son illərin ən yaxşısıdır. Bəli, o, gördüklərimin ən güclüsüdür".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” görüşü martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflər arasında cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzen şəhərində reallaşacaq.
Nihat