Ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə yüksələn "Qarabağ" "Bayer Leverkuzen" ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk oyununu evdə keçirəcək. "Köhlən atlar"ın sabiq futbolçusu Zaur Ramazanovla əlaqə saxlayıb təmsilçimizin tarixi oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Nəsə demək çətindir. Bu klub 34 oyundur məğlub olmayıb. Yəqin ki, "Qarabağ" tilsimi qırar. Onlar oyun baxmından bizdən üstündürlər. Bakıdakı oyunda nəyəsə ümid etmək olar. Cavab matçına proqnoz vermək çətindir. Ümid edək ki, evdə minimal hesablı qələbə qazanıb səfərdə bərabərliyə nail olarıq. Mənə elə gəlir ki, "Qarabağ" ən yaxşı nəticəni göstərəcək. Bu komanda məğlub da olsa, əsas odur ki, bu günə qədər Azərbaycan futbolunun başını uca edib".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.
Nahid Ustaclı