"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az xəbər verir ki, bölgə təmsilçi növbəti mərhələyə vəsiqə uğrunda "Şiroki Briyeq"lə qarşılaşacaq.
Bosniya və Hersoqovina təmsilçisi Azərbaycan futbol sevərlərinə yaxşı tanışdı. Belə ki, bu komanda artıq bir dəfə ölkəmizə səfər edib.
"Şiroki Briyeq" 2004/05 mövsümündə Çempionlar Liqasında "Neftçi"yə rəqib olub. "Neftçi" Bosniya və Hersoqovinada 1:2 hesabı ilə uduzsa da, evdə qələbə qazanmışdı - 1:0. Komandamız səfər qolu sayəsində mərhələ adlamışdı.
Fanat.az