UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" evdə "Bayer Leverkuzen" ilə qarşılaşıb. Görüş tərəflərin məhsuldar bərabərliyi ilə (2:2) bitib.
Matçdan sonra Leverkuzen təmsilçisinin müdafiəçisi Conatan Tahın fikirlərini öyrəndik.
28 yaşlı kapitanın Fanat.Az-a açıqlaması belə oldu:
"Çətin oyun oldu. Onların yaxşı oyunçuları var. Möhtəşəm atmosferin olduğunu qeyd etməliyəm. Birinci hissədə bizim bəzi problemlərimiz var idi. Bu üzdən ilk yarıda yaxşı oyun göstərə bilmədik. İkinci hissəyə ürəklə və inamla qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik".
Nahid Ustaclı