"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Robert Andrix UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri matç barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Kicker" belə çatdırıb:
"Biz yaxşı futbol sərgilədik, amma "Qarabağ" çox yaxşı oynadı. Onlar ilk 60-70 dəqiqədə bacardıqlarını 120 faiz meydanda qoydular. Ləng tərpənirdik və kifayət qədər aqressiv deyildik. Rəqib isə əks-hücum şanlsarını gözləyirdi. Fasilədə bu oyunu uda bilməsək belə, evə yaxşı nəticə ilə qayıtmalı olduğumuzu düşündük. İki qolun əvəzini çıxa bilməyimiz bizim döyüş ruhumuzdan xəbər verir".
Qeyd edək ki, "Qarabağ" evdə heç-heçə etdiyi (2:2) "Bayer"lə cavab oyununa martın 14-də Leverkuzen şəhərində çıxacaq.