"İnter"in Avropa Liqasındakı riqibi "Tiraspol" klubu Azərbaycan futbolsevərlərinə tanışdı. Fanat.az xəbər verir ki, Moldova klubu artıq bir dəfə ölkəmizə səfər edib.
Belə ki, "Tiraspol" 2005/06 mövsümündə UEFA İntertoto Kubokunda "MKT-Araz"a rəqib olub. Həmin vaxt təmsilçimiz evdə 1:0 hesablı qələbə qazansa da, səfərdə iki cavabsız qolla (0:2) uduzaraq mübarizəni dayandırmışdı.
Həmin vaxt "MKT-Araz"ın formasını geyinən Arif Daşdəmirovla Asif Məmmədov indi "İnter"in formasını geyinir.
Fanat.az