"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının 28-ci turunda keçiriləcək oyun ərəfəsində "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
Fanat.Az xəbər verir ki, BBC almaniyalı çalışdırıcının fikirlərini belə çatdırıb.
“Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Bu komandada həmçinin, ən yaxşı doqquz nömrə Erlinq Holand oynayır. Kevin De Bruyne də tarixə düşəcək. Foden isə fikrimcə, hazırda ən yaxşı ingilis futbolçudur”.
"Liverpul"un "Mançester Siti" ilə oyunu sabah, martın 10-da "Enfild" stadionunda keçiriləcək. Bu matç ərəfəsində mersisaydlılar Premyer Liqa turnir cədvəlinə başçılıq edir, “şəhərlilər” isə ikinci yerdədir.
Mirağa