"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəllidi. Azərbaycan Kubokunun qalibi "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaq.
Fanat.az xəbər verir ki, "Koper" iyunun 18-də "Qəbələ" ilə qarşılaşıb. Sloveniyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqasının bürünc mükafatçısı rəqibinə 0:1 hesabı ilə yenilib. Matçın yeganə qoluna 80-ci dəqiqədə Miroslav Çovilo imza atıb.
Fanat.az