Misli Premyer Liqasının 26-cı turunda "Zirə" lider "Qarabağ"la qarşılaşacaq. Qəsəbə təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, komandanın 6 üzvü liderə qarşı oynamayacaq.
Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib:
"İsaa Cibrila, Rafael Utziq, Filipe Paxtman, Məqsəd İsayev, Rüstəm Əhmədzadə və Vladislav Kulaç oyunda iştirak etməyəcəklər".
Qeyd edək ki, "Qarabağ" - "Zirə" görüşü bu gün saat 18:00 start götürəcək.
Nahid Ustaclı