21:31 10.03.2024 413

Rəşad Sadıqov: “Nəticə yaxşı oyundan daha önəmlidir”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Oyun pis getmirdi. Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz var idi. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi. İkinci hissədə daha açıq oyun oldu. Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüf ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik. Qarşıda bizi "Kəpəz"ə qarşı çox vacib oyun gözləyir.

Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur.

Bugünkü durumumuzda ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki, orada məğlub olacağın təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X